Sağlamlıq
Enerji içkilərinin bilinməyən xüsusiyyəti ortaya çıxdı
Neyropsixoloq İrina Xvinqiya “Sputnik” radiolarına verdiyi müsahibədə əhval-ruhiyyəni qaldıran qidalardan və onların təsirindən danışıb.
Publika.az xəbər verir ki, beyin və endokrin sistemi insanın əhval-ruhiyyəsindən məsuldur, əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün bədənin bu iki hissəsindən biri stimullaşdırılmalıdır. Mütəxəssisin fikrincə, şokolad və bananın əhval-ruhiyyəni effektiv şəkildə qaldırılmasına inanılır. Bununla birlikdə oxşar xüsusiyyətlərə sahib digər qidalar da var.
“Yağlı balıqlar ümumi tonusu yaxşılaşdırmağa, tərkibindəki yod isə diqqət konsentrasiyasını artırmağa kömək edir. Dəniz yosunu da faydalıdır, çünki tərkibində böyrəküstü vəzilərdən məsul olan vitaminlərin bütün spektri var. Onlar adrenalin və norepinefrin ifrazına təsir göstərir” , - eskpert açıqlamasında qeyd edib.
Qoz-fındığın faydalarına da diqqət çəkən İ.Xviniqiya gündəlik 50 qram çərəzin əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün kifayət olduğunu söyləyib. Ancaq əhvalınızı pozan qidalar da var. Neyropsixoloq qeyd edib ki, bunlara enerji içkiləri daxildir. Dediyinə görə, bu içkilərin tərkibində on stəkan qəhvəyə bərabər olan taurin var. Bu konsentrasiya isə beyinə heç bir fayda vermir.
Bundan əvvəl, Beynəlxalq Qidalanma Psixiatriya Tədqiqatları Cəmiyyətinin rəhbəri Felice Caka balanslı və sağlam qidalanmanın narahatlıq və depresiyanı azalda biləcəyini söyləyib. Onun sözlərinə görə, yağ və şəkər çox olan qidalar əhval-ruhiyyəni pisləşdirə bilər. O, Aralıq dənizi pəhrizini əhval-ruhiyyəni sabit saxlamaqda effektiv olduğunu və həddindən artıq yeməyin qarşısını almaqda vacib olduğunu qeyd edib.
Aytən Məftun
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?












.jpg)















.jpg)
.jpg)








