Sağlamlıq
Koronavirusa yenidən yoluxma riski təsdiqləndi
COVID-19 xəstəliyini keçirmiş insanlar ikinci dəfə virusa yoluxa və daha təhlükəli simptomlarla qarşılaşa bilərlər.
Publika.az xəbər verir ki, məlumatı Nevada Universiteti və ABŞ-ın digər elmi təşkilatlarının alimləri təsdiqləyib. Bu barədə “The Lancet Infectious Diseases” jurnalında məqalə dərc olunub.
Tədqiqatçılar 48 gün ərzində SARS-CoV-2-nin iki fərqli variantına yoluxmuş 25 yaşlı kişidə yenidən koronavirusa yoluxma halını təsdiq ediblər. İkinci infeksiya birincisindən daha ağır olub və xəstə süni nəfəs cihazına qoşulub. Bundan əlavə, mütəxəssislər Belçika, Niderland, Honkonq və Ekvadorda təkrar infeksiya ilə əlaqəli dörd başqa yoluxma qeydə alıb.
Ekspertlər nevadalı xəstənin ikinci dəfə daha şiddətli virusa məruz qaldığını və bunun daha sərt reaksiyaya səbəb olduğunu düşünür. Digər fərziyyələrə görə, kişi virulent SARS-CoV-2 ştammından əziyyət çəkib və ya bədənin istehsal etdiyi antikorlar təkrar infeksiyanın nəticələrini pisləşdirdiyi zaman infeksiyada antikora bağlı artım meydana gəlib.
Reinfeksiyalar COVID-19 peyvəndinin hazırlanması üçün təhlükə yaradır, lakin bu günə qədər təkrar infeksiyaya yoluxma çox nadir hallarda qeydə alınıb.
Aytən Məftun
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı