Sağlamlıq
Həkim infeksiyanı yayanlardan danışdı - İmmun sistemi zəifdirsə...
“Sual verirlər ki, evdə koronaviruslu xəstə varsa, nəyə görə həmişə ailənin digər üzvlərinə keçmir? Bir tanışımız var idi, ağır COVID xəstəsi. Amma evdəkilərə keçmədi. Necə olur bu? Və ya bəzən görürük ki, evdə hamıya keçib.
Tədqiqatlar göstərib ki, xəstə ilə bir evdə yaşayan, eyni havanı, eyni məişət əşyalarını, qapıların dəstəyini paylaşan insanlar mütləq yoluxmalıdır fikri yanlışdır. Yəni evinizdə kimsə koronavirus xəstəsidirsə, sizə keçmə ehtimalı cəmi 12%-dir. Ailə içərisində yoluxma 88% baş vermir. 43% ehtimalla ən çox həyat yoldaşına keçirə bilər. Əlbəttə ki, onlar daha sıx kontaktda olur”.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib. O bildirib ki, bir ailədə əgər 2 üzv xəstələnibsə, ilk ağıla gələn fikir odur ki, biri digərinə keçirib, amma bu, həmişə belə olmur:
“Onların yoluxma mənbələri ayrı da olur, evdən kənarda. Tədqiqatlar göstərib ki, insanlar çöldə, cəmiyyətdə daha çox insanla kontaktda olur, nəinki evdə. Xəstələrin 80%-nin yoluxma mənbəyi 20% xəstələrdir. Yəni 20% xəstə virusu başqa xəstələrlə müqayisədə daha çox yayır. Onlar superyayıcılar adlanır və qalan 80% xəstənin yoluxmasından cavabdehdirlər. Əlbəttə ki, superyayıcının biri evdə olsa, digər ailə üzvləri də böyük ehtimalla koronavirusa yoluxacaq. Belə halları - ailəvi yoluxanları siz də görmüsünüz.
Əgər evinizdəki xəstə superyayıcı deyilsə, cəmi 12% yoluxma ehtimalınız var. Bəs xəstə nə zaman superyayıcı olur? Çoxsaylı faktorlar var, əgər bir xəstənin immun sistemi zəifdirsə, onun bədənində virus daha sürətli bölünür, nəinki başqa xəstədə.
Onu da qeyd edim ki, 12% az rəqəm deyil, evdə xəstə varsa, onu izolyasiya edin. Onun superyayıcı olmadığına kimsə zəmanət vermir”.
Aytən Məftun
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronalduya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər