Sağlamlıq
Məşhur professor virusla mübarizə aparan qidaları AÇIQLADI
Professor Oğuz Özyaral hesab edir ki, immun sisteminin koronavirusa qarşı mübarizədə güclü olması üçün qidalanmaya ciddi fikir vermək lazımdır.
Publika.az xəbər verir ki, professor müsahibəsində mövsümi meyvə-tərəvəzlərə və ev yeməklərinə üstünlük verməyi tövsiyə edib.
“Koronadan sağalmış insanlarda vəziyyət dəyişə bilər. Bəzilərində çox sayda antikor ola, bəzilərində isə ümumiyyətlə, meydana gəlməyə bilər. Bu qrup 2-3 aydan sonra yenidən xəstəliklə qarşılaşa bilərlər. Qrip və yuxarı tənəffüs yolu infeksiyaları kimi təkrar-təkrar qayıtmaq ehtimalı yüksəkdir. İnfeksiya nə qədər tez yayılarsa, simptomlar o qədər sürətli artacaq. Gizli bir infeksiya varsa, gizli daşıyıcıda uzun müddət qalır və çox yayılır. COVID-19-un dünyaya təsiri 1 ildir davam edir. Hamımız bu virusun hər kəsə xarakterik təsir göstərdiyini gördük. Temperatur qalxır, nəfəs ala bilmirsən. Kimisi nəfəs ala bilir, kimisi yox. Bəzilərində temperatur çox yüksək oldu, bəzilərində isə bu vəziyyət müşahidə olunmadı. Ancaq nəticədə testi pozitiv çıxan insanların müalicəsi üçün tətbiq olunan metodda bir dəyişiklik olmadı. Həmişə eyni sistemi tətbiq etdik” , - həkim qeyd edib.
Həkim əlavə edib ki, şəkər əlavə olunmadan mövsümi meyvələrdən kompot hazırlanıb içilə bilər. Ancaq şəkər əlavə etməmək çox vacibdir, çünki bu virus şəkəri sevir: “Diabet xəstələrində də böyük bir problem var. Niyə kompot tövsiyə edirik? Çünki yemək bişdikcə içindəki fitokimyəvi maddələr maye hissəyə keçir və bədənə daha çox fayda verir. Bibər və pomidor qovrulduqda daha çox likopen alınır. Bu əla C vitamini mənbəyinə çevrilir. Brokkoli, kələm, kərəviz və kök kimi bəzi tərəvəzlərdə olan liflər çox güclü qidalardır. Bağırsaqlarımız liflə doymuş olmalıdır. Bağırsaqları boşaltmaq digər infeksiya ocaqlarına yol açmaq deməkdir. Digər infeksiya ocaqları isə immunitetin azalmasına gətirib çıxarır”.
Mütəxəssis eyni zamanda uşaqlara bal və bəhməz yedirməyi tövsiyə edib.
Aytən Məftun
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO


















.jpg)
















