Sağlamlıq
Ağır koronavirus xəstələrində ağciyərlər belə bərpa olunur
Həkim-reabilitoloq Leonid Dyakov bildirib ki, koronavirusu ağır keçirən insanlar nəfəs cihazına qoşulduqdan sonra bir sıra problemlərlə qarşılaşır.
Publika.az xəbər verir ki, mütəxəssis “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə ağciyər toxumasının təsirlənmiş hissəsinin funksiyalarını yerinə yetirə bilməyən birləşdirici toxuma ilə əvəz olunduğunu və bunun nəfəs çatışmazlığına səbəb ola biləcəyini qeyd edib. Dyakovun fikrincə, insanda uzun müddət təngənəfəslik, yorğunluq, halsızlıq, pis əhval-ruhiyyə, yuxu problemləri və iştahsızlıq ola bilər. Bundan əlavə, ağır koronavirus keçirən bir çox xəstədə depressiya və zehni problemlər meydana gəlir:
“Ancaq ağciyərlərin yaxşı bərpa olunmaq və tamamilə sağalmaq üçün kifayət qədər şansı var. Eyni zamanda bunun üçün insanların səy göstərmələri lazımdır. Xüsusilə nəfəs hərəkətləri olduqca effektiv təsirə malikdir. Bir insan çox zəifdirsə, məşqlər hətta uzanaraq da edilə bilər. Bu prosedurdakı əsas məqam yavaş ekshalasiyadır. Həm də təmiz havada gəzmək və yüngül titrəmə masajları etmək lazımdır”.
Bununla birlikdə terapevt hər vəziyyətdə xəstəlikdən sonra reabilitasiya sisteminin olacağını söyləyib. Dyakov bərpa prosesinin öhdəsindən təkbaşına gəlməyin çətin olduğunu vurğulayıb. Bu baxımdan həkimlərə, xüsusən müalicəni təyin edəcək pulmonoloqa müraciət etməlisiniz. Həmçinin bərpaedici prosedurlara - fiziki terapiyaya, xüsusi gimnastikaya başlamaqda fayda var.
“Ağciyələrin bərpasına üzgüçülük kömək edir. Daha konkret məsləhət verə bilmərəm, çünki bir insana kömək edən üsul başqasına heç bir şəkildə təsir göstərə bilməz, reabilitasiya prosesi həmişə xəstənin yaşına, bədəninin xüsusiyyətlərinə, xəstəliyin gedişatına əsaslanaraq fərdi olur. Ağciyərləri tamamilə bərpa etmək qabiliyyəti də konkret vəziyyətdən asılıdır”, - mütəxəssis bildirib.
Aytən Məftun
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi