Sağlamlıq
Həkimdən koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Xərçəng riski arta bilər
COVID şübhəsi olan xəstəni hətta yaxma testi etdirmədən diaqnostika məqsədilə KT-yə (Kompüter tomoqrafiyası) göndərilməsi cinayətdir. Birincisi o, izolyasiyadan çıxır, camaatı yoluxdura-yoluxdura gedir. İkincisi, KT COVID-in ilkin diaqnostikasında əhəmiyyətsizdir. Test müsbətdirsə, qızdırma varsa bilirik ki, ağciyərdə buzlu şüşə mənzərəsi olacaq. Faizin əhəmiyyəti yoxdur, hər an o rəqəm dəyişə bilər, müalicədə həkimin taktikası da o faizə görə dəyişilmir. Üçüncüsü, o xəstədə gələcəkdə radiasiyaya bağlı xərçəng olma riskini artırırsız.
Publika.az xəbər verir ki, bu sözləri həkim anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. KT-nın zərərlərindən söz açan həkim bildirib ki, KT yalnız ağciyər arteriyası tromboemboliyası şübhəsi varsa, stasionarda yatan COVID xəstəsinə differensial diaqnostika üçün etdirilə bilər:
“Əgər başqa müayinələrlə diaqnoz qoymağa çatinlik çəkirsinizsə, həmin xəstəni klinikanın radiologiya şöbəsinə təhlükəsiz transport etdirmək mümkündür”.
Şahin Məmmədov stressin sözügedən xəstəliyin müalicəsində ciddi fəsadlar törədə biləcəyini də qeyd edib:
“Həkimin və tibb işçilərinin inamlı davranmağından çox şey asılıdır. COVID xəstələri həyəcan və stress çox keçirir. Nəticədə dağıdıcı stress hormonu olan kortizolun qanda səviyyəsi yüksəlir. Əgər xəstə psixoloji sakitləşməsə etdiyiniz ən müasir müalicələr heçə gedəcək. Unutmayın ki, bəzən həkimin bir inamlı sözü müalicənin 80%-ini təşkil edir”.
Aytən Məftun
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik