Sağlamlıq
Yediyimiz qidaların bədənə bilinməyən təsirləri
Bir çox qidanın canlandırıcı və sakitləşdirici xüsusiyyətləri var.
Publika.az xəbər verir ki, dietoloq Anna Belousova bəzi məhsulların hər iki təsirə malik olduğunu deyib.
“Sputnik” radiosuna verdiyi müsahibədə Belousova bildirib ki, qəhvənin br çox alternativi mövcuddur. Qreypfrut, naringi, portağal suyu əhvalınızı yüksəldəcək, gilas və albalı kimi turşməzə meyvələr də oxşar xüsusiyyətlərə malikdir. Həkim eyni kateqoriyaya çiyələk, qarağatı da daxil edir. Belousova almanın xüsusiyyətlərini xüsusi vurğulayıb.
“Xüsusiyyətləri müxtəlifliyə bağlıdır: turş alma canlandıra bilər, şirin bir qayda olaraq neytraldır. Ərik və armud isə sinir sistemini sakitləşdirməyə kömək edəcək.
Çiy yerkökü də canlandırıcı təsirə malikdir, bişirildiyi zaman sakitləşdirici xüsusiyyətləri ön plana çıxır. Çuğundurda da eyni hal müşahidə olunur. Çiy çuğundur stimullaşdırıcı, bişmişi isə sakitləşdirici təsir göstərir. Badımcan sinir fəaliyyətini stimullaşdırır. Təzə soğan və sarımsaq canlandırır və oyanmağa kömək edir”, - Anna Belousova izah edib.
Balıq və ətin də ikili təsiri var. Dietoloqun fikrincə, hər şey hazırlanma metodundan asılıdır: pəhriz şəklində hazırlanarsa, sinir sistemini sakitləşdirmək olar. Ancaq isti ədviyyat və duzdan istifadə bədəni canlandıracaq.
Bununla birlikdə, yemək üsulu məhsulun xüsusiyyətlərinə təsir edən yeganə parametr deyil.
Belousovanın sözlərinə görə, effekt çox vaxt satılan hissədən də asılı ola bilər: “İsti şokoladın az-çox stimullaşdırıcı təsiri var, amma düzgün nisbətdə. Miqdarı aşmaq zərərlidir”.
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO
-
Magazin205:15Məşhur aktrisa 103 yaşında vəfat etdi
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi














.jpg)




















.jpg)

