Sağlamlıq
Bu saatda çiy tərəvəz yeməyin - VİDEO
Video əlavə edilib:
*****
Şam yeməyində çiy tərəvəz salatı yemək zərərsiz bir fikir kimi görünür. Pəhriz saxlayanların zehnində tərəvəz salatları yüngül və kalorisiz qida kimi möhkəm yer tutub. Üstəlik tərəvəzlər vitaminlər və faydalı mikroelementlərdir. Aşağı kalorili və çox liflidirlər, hesab olunur ki, axşam yeməyində bundan daha faydalı yemək tapmaq olmaz. Lakin həkimlər və qidalanma mütəxəssisləri bununla razılaşmırlar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstriya sağlamlıq mərkəzinin qidalanma mütəxəssisi Verba Mayr İrina Popova bunun nəticələri barədə danışıb. O, bildirib ki, sağlamlığa, xüsusilə mədə sağlamlığına diqqət yetirirsinizsə, son yemək kimi çiy tərəvəzlər tövsiyə edilmir:
“Tərəvəzləri çiy halda yemək tövsiyə edilmir, çünki bu, həzm sisteminin ifrazını artıra, turşuların və spirtlərin əmələ gəlməsi ilə şişkinlik yarada bilər ki, bununla bağırsaq qişasısının iltihabına təkan verir. Buxarda bişmiş tərəvəzlərin yatmazdan 3-4 saat əvvəl və ya bəlkə də yatmazdan əvvəl qəbulu axşam aclığının qarşısını alacaq və mədədə ağırlığa səbəb olmayacaq. Ümumiyyətlə tərəvəzləri ən yaxşı yemək üsulu buxarda bişirməkdir. Beləliklə tərəvəzlər faydalı maddələri saxlayacaq, ləzzətlərini itirməyəcək və bişirilməsi çox vaxt aparmayacaq. Brokkoli, yaşıl lobya, qulançar, gül kələm və şirin kartofu buxarda bişirin”.
Aytən Məftun
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi















.jpg)

























