Sağlamlıq
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
“Yaşayış sahəsinin ekologiyası” laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib.
“Nəzərə almaq lazımdır ki, telefonların zərərləri hələ tam öyrənilməyib. Telefon və qacetləri nə qucaqlayıb, nə də yastığın altına qoyub yatmaq olar. Başınızdan bir metr, ən azı yarım metr uzaq saxlamaq daha yaxşıdır. Bu, ən təhlükəsiz məsafədir”, - ekspert “Sputnik” radiosuna müsahibəsində qeyd edib.
Yastrebçev cihazı başdan uzaq məsafədə tutmaq üçün simsiz qulaqcıq istifadə etməyi məsləhət görüb. Ekoloq əlavə edib ki, qulaqcıq da insanı şüalandırır, amma təsiri telefonla müqayisədə zəifdir.
O, kardiostimulyatoru olan insanlara telefonu çox yaxın tutmamağı tövsiyə edir, əks halda qacet elektromaqnit müdaxiləsi yaratmağa başlayacaq. Ekspert xəbərdarlıq edib ki, şəbəkə zəifləməyə başlayanda smartfondan gələn radiasiya artır:
“Rabitə baza stansiyası uzaqda olarsa, məsələn, bir kənddə, bağçada, telefon baza stansiyası ilə əlaqə qurmaq üçün çox enerji sərf edir və o zaman radiasiya artır”.
Aytən Məftun
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
















.jpg)


















