Sağlamlıq
"Ebola" Rusiyaya da gəldi (FOTO)
25 yaşlı afrikalı tələbə Məhəmməd Sadik Rusiyaya ölümcül
virusu gətirən ilk insan ola bilər.
Publika.az-ın məlumatına görə, Məhəmməd Sadik Ebolanın tipik
simptomları ilə Ufa şəhərinin yoluxucu xəstəxanasına çatdırılıb.
Analizləri keçirmək və dəqiq diaqnozu qoymaq üçün həkimlərə vaxt
lazım olacaq.
“Yoluxucu xəstəxanada tələbə üç həftə ərzində müşahidə olunacaq.
İlkin diaqnoz: mümkün yoluxmadır”, - deyə Ufa səhiyyə
departamentinin əməkdaşı bildirib.
Təcili yardıma çağırış Beynəlmiləl küçəsində mənzildən daxil olub.
Hadisə yerinə gələn həkimlər Nigeriya vətəndaşında ebola
simptomları aşkar ediblər. Təcili olaraq Nigeriya vətəndaşı tibbi
məntəqəyə çatdırılıb.
Məhəmməd Başqırdıstanın paytaxtı Ufada ali məktəblərdən birinin
magistraturasında oxuyur. Bir müddət əvvəl afrikalı yayda
Nigeriyaya öz qohumuna baş çəkməyə gedib, sonra təhsilini davam
etdirmək üçün Ufaya qayıdıb.
Qeyd edək ki, hələlik heç bir müalicə üsulu və peyvəndi olmayan
Ebola virusu bu günə qədər mindən çox adamın ölümünə səbəb olub. Bu
virus sudan və ya havadan deyil, xəstələrin bədən mayeləri yolu ilə
yayılır.
-
Magazin110:00
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev
-
Region09:48
Xarkova RAKET HÜCUMU: 11 nəfər öldü, 40 nəfər yaralandı
-
Magazin208:48
Məşhur bəstəkar 95 yaşında vəfat etdi - FOTO
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO