Professordan "Omikron"la bağlı QORXUNC XƏBƏRDARLIQ: Qısa müddətdə...
Bizi izləyin

Sağlamlıq

Professordan "Omikron"la bağlı QORXUNC XƏBƏRDARLIQ: Qısa müddətdə...

Ege Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müəllimi Prof. Dr. Oğuz Reşat Sipahi omikran ştammının qısa müddətdə yox olmayacağını deyib.

Publika.az">Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, omikrona qarşı əhalidə yaranan kütləvi immunitet pandemiyanın bitirmək gücündə olmayacaq.

“Təkamül baxımından omikronun qısa müddətdə yoxa çıxacağı görünmür. Həssas və peyvənd olunmamış vətəndaşlar üçün riskli günlərdir. Bu insanlar daha çox diqqətli davranmalıdır. Omikron daha az öldürür, lakin öldürməyə davam edir. Onun daha çox yoluxucu olması cəmiyyətdə yoluxma hallarının artmasına səbəb olur.

Dünyada hər hansı variant gərginlik yaratdıqdan sonra yeni variantlar ortaya çıxır. Omikrondan BA1 və BA2 variantları ortaya çıxdı. Hələlik görünür ki, bu variantlar daha çox öldürmür, lakin onların daha az öldürdüyü barədə dəqiq məlumatlar da yoxdur. Öldürücülüyü barədə dəqiq məlumatlar əldə etmək üçün daha çox vaxt lazımdır. Maska, sosial məsafə və peyvənd bütün variantlar üçün çox vacibdir. Ən əsası isə bütün dünya ümumi qüvvə ilə hərəkət etməlidir”, - həkim bildirib.

Professor vurğulayıb ki, bir ay əvvəllə müqayisədə xəstəxanada diaqnoz qoyulan xəstələrin sayı təxminən 5 dəfə artıb: “Tələbələrin semestr tətilinə girməsi ilə bağlı havaların soyuq keçməsi ilə bağlı qapalı ticarət mərkəzlərində aktivlik artıb. Əhalidə gündəlik 70 mini keçərsə, bu virusdan qısa zamanda xilas olmaq mümkün görünmür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm