Sağlamlıq
Hava proqnozu - 26 avqust
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə
14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz yaxın 3 gün ərzində Abşeron yarımadasında isti temperatur diskomfortu, zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?