Sağlamlıq
Uşaqlar niyə torpaq yeyir?
Anaların çoxu körpənin 6-24 aylığında topaq yeməsi halları ilə rastlaşır. Torpaq yemək uşaqlarda instiktiv haldır. Torpaq rahat əldə ediliyi üçün dəmir əskikliyi olan uşaqlar şüursuz şəkildə torpağa əl atırlar.
Bundan başqa uşaqlar çirkli daşları, sementi, yaxud ayaqqabılarının altına yalayırlar. Bu zaman uşaqlar öz əli ilə özünü bir neçə təhlükəli xəstəliyə mübtələ edə bilər. Bu hal adətən parazitlərin yaranmasına gətirib çıxarır.
ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır:
halsızlıq
iştahsızlıq
rəngin solması
yorğunluq
iməkləmə və yeriməkdə gecikmə
Qanazlığının qarşısını almağın əsas yollarından biri körpənin ilk 6 ay ana südü ilə qidalanmasıdır. Müəyyən yaşdan sonra isə uşağa tərkibində dəmir olan ət, süd, yumurta, balıq, əncir və ərik qurusu, fındıq və qoz kimi qida məhsulları vermək lazımdır. Körpənizin torpaq yediyiniz müşahidə etsəniz, həkimə müraciət edin. (narinc.az)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO