Sağlamlıq
Albalı pəhrizi: Yayda arıqlamağın qənaətbəxş yolu
Nəhayət, albalı mövsümü gəldi. Bu giləmeyvə sayəsində nəinki ağız dadınızı sevindirə, həm də arıqlaya bilərsiniz...
Publika.az arıqlamağın yollarını axtaran oxucuları albalı pəhrizi ilə tanış edir.
Albalı mükəmməl yay desertidir. Üstəlik, qidalanma baxımından albalı digər giləmeyvə və meyvələrlə müqayisədə bir çox cəhətdən qalib gəlir.
Birincisi, albalı çoxlu lif və su ehtiva edir. Eyni zamanda, albalı kifayət qədər aşağı şəkər tərkibi ilə öyünür. Alma, ananas və moruqdan daha az karbohidrat ehtiva edir. Mütəxəssislər əmindirlər ki, bütün bunlar albalını maddələr mübadiləsini sürətləndirmək üçün effektiv məhsul hesab etməyə imkan verir. Eyni zamanda albalı saplarından dəmlənmiş çay da rahatlayıcı təsirə malikdir.
Mono-dietlərin populyarlığı dövründə rasiona bu meyvəni əlavə etməklə oruc tutub arıqlayanlar olub. Hollivud ulduzları iddia edir ki, albalı sevgisi ideal formada qalmağa kömək edir. Əlbəttə, bu gün demək olar ki, heç kim mono-dietlərdə arıqlamır, çünki onlar daha az effektli və zərərlidir. Bununla belə, albalı hələ də unudulmur. Dietoloqlar yayda mümkün qədər çox albalı yeməyi məsləhət görürlər: məsələn, yeməyi 200 qramlıq boşqab giləmeyvə ilə əvəz etmək və ya hər yeməyin sonunda ondan bir az dadmaq olar. Əsas odur ki, gündə 300 qramdan çox giləmeyvə yeməyin, yoxsa albalı bağırsaq hərəkətliliyinə kifayət qədər güclü təsir göstərə, köpməyə, qarın ağrısına və hətta ishala səbəb ola bilər.
Aytən Məftun
-
Magazin203:43Dua Lipa stationda kürəyiaçıq libasda poza verdi - FOTO
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək






































