Sağlamlıq
Mətbəxə ilk dəfə girən kişilər üçün 7 MƏSLƏHƏT
Bu vaxta kimi mətbəxə yalnız su içmək üçün gedən kişilərə birdən birə yemək hazırlanması tapşırılarsa, sizcə nə baş verər? Amma məşhur kişi aşpazların bu məsləhətlərinə əməl etsəniz, hazırladığınız yeməklərlə ev əhlini təəccübləndirəcəksiniz.
Kitab və saytlardan faydalanın: amma əsla çətin yeməklər bişirməyə çalışmayın. Başlanğıc üçün omlet, makaron və qızartmalara üstünlük verin.
Soyuducunuzda hazır souslar olsun. Adi makaron belə bişirsəniz, sousla dad və görünüş verə bilərsiniz.
Ədviyyatların gücünə inanın. Sadə ət belə qızartsanız, mərzə, pul bibər və bu kimi ədviyyatlardan istifadə edərək iştaha açıcı hala gətirə bilərsiniz.
Təqdimetmə forması ən az hazırlamaq qədər önəmlidir. Qayğanaq bişirəndə də onu təzə tərəvəz və göyərtilərlə bəzəyin.
Yeməyi ləzzətli göstərən digər bir ünsür boşqabdır. Makaron və salatlar üçün dərin boşqablardan istifadə edin. Ət yeməklərini isə düz, amma böyük boşqablarda servis edin.
Mətbəx əşyaları satılan dükanları gəzin. Orada işinizi asanlaşdıran bir çox qurğu tapacaqsınız. Formalar, meyvə və tərəvəzlərə forma vermək üçün xüsusi kəsici alətlər, şıq örtüklər və salfetlər əldə edin.
Əziz bəylər, həyat yoldaşınıza həmin gün yeməyi özünüzün bişirəcəyinizi deyin. Təəccüblənəcək, amma yox deməyəcək. Onu peşman etməmək üçün mətbəxdə təmiz və səliqəli işləyin. İşinizi bitirdiyiniz alətləri qabyuyan maşın qoyun. Stol bezlərini yumamış mətbəxdən çıxmayın. (formaggio.az)
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO