Sağlamlıq
Qara şanının inanılmaz faydaları
Qara üzümün qabığında elə bir maddə var ki, o, bәdәndә xәrçәngin hüceyrələrinin yaranmasının qarşısını alır.
Publika.az oxucularını yay mövsümünün ən çox sevilən və yeyilən meyvələrindən birinin – qara şanının insana faydaları barədə mütəxəssislərin fikrləri ilə tanış edir.
Qədim Romada qara üzümü gözәllik iksiri, beynin əsas qidası, həmçinin arıqlamaq üçün ən faydalı məhsul hesab edirdilər.
Kardioloqlar bu qənaətə gəliblər ki, qara üzüm orqanizmə aspirin kimi təsiredici effektə malikdir. O, qanı durulaşdırır və insanları ürәk xәstәliklәrinə tutulmaqdan qoruyur.
Qara ciyәrin vә qanazlığının müalicәsindә istifadə olunan qara üzümün tərkibindəki meyvә turşuları, lifli quruluşlar mәdәyә zәrәr vermәdәn böyrәklərin vә bağırsaq traktının nizamlı işini tәmin edir, həmçinin qanın durulmasına və tәmizlәnmәsinә yardım göstərir.
Günortadan sonra yeyilәn bir salxım qara üzüm vә bir stәkan tәzә sıxılmış üzümün şirəsi həm bәdәni, həm də beyin hüceyrәlәrini gümrahlaşdırır.
Yapon alimlərinin tədqiqatlarına görə, 1 kiloqram üzüm 1150 qram süd, 390 qram әt, 300 qram çörәk vә 1200 qram kartofa ekvivalentdir. Bu üzümün tərkibindəki amin turşuları, B vitaminlәri (B1, B2), minerallar, kalium, maqnezium vә dәmir bədənin tonusunu saxlayır, onun immun sistemini güctlәndirir.
Sərin halda yeyilməsi məsləhət görülən qara üzümün tәrkibindәki tәbii fruktoz bәdәnin xərclədiyi enerjinin qısa müddәtdә bәrpasını təmin edir, maqnezium isə insanın gücünü, yəni əmək mәhsuldarlığını artırır.
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz4 Oktyabr 20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO



































.jpg)