Yoqurt yemək soyuqdəymədən qoruyur
Bizi izləyin

Sağlamlıq

Yoqurt yemək soyuqdəymədən qoruyur

Yeni aparılmış tədqiqatlardan sonra probiotik yoqurt və içkinin tərkibindəki bakteriyaların insanı öskürək və soyuqdəymədən qoruduğu məlum olub.

Alimlər müəyyən edib ki, probiotik tərkibli həblər qəbul edən uşaqlar çox nadir hallarda xəstələnirlər.

Avropa jurnallarının birində nəşr olunan hesabata görə, probiotik həblərin sayəsində uşaqlar çox nadir hallarda dərsdən geri qalıb və onlar antibiotik qəbul etməyi də azaldıblar. Tədqiqatda yaşı 3-6 olan 57 uşaq iştirak edib. İştirakçılar hər gün probiotik həb qəbul ediblər.

Belə bakteriya tərkibli həbləri qəbul edən insanlar 30 faiz daha az xəstələniblər.

Tədqiqatda analiz edilən həbləri “ProVen Probiotics” şirkəti hazırlayıb. Həkimlərin sözlərinə görə, həblər öz təsirini yaşlı insanlara da göstərir.

Buna görə də həkimlər probiotik tərkibli yoqurt və içkilərdən istifadə etməyi tövsiyə edirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm