Sağlamlıq
Kökəldir, saç tokülür, rəng dəyişir - Bu element olmayanda
Dəmirin bədəndəki rolunu yüksək qiymətləndirmək çətindir, lakin ümumilikdə çox faydalı mikroelementdir.
Publika.az xəbər verir ki, bu sözləri endokrinoloq Roman Teruşkin “Gazeta.ru”ya müsahibəsində deyib.
O, bildirib ki, bu maddənin çatışmazlığı xarici görünüşə də ciddi təsir edir. Onun sözlərinə görə, bu çatışmazlıq zamanı ən çox görülən əlamətlərdən biri dəri solğunluğu və gözlərin altında əmələ gələn qara dairələrdir. Həmçinin dərinin quruluğu, soyulmasını və ağızın künclərində çatların əmələ gəlməsi də dəmir çatışmazlığının əlamətləri hesab olunur.
“Dəmir səviyyəsinin əhəmiyyətli dərəcədə azalması ilə gözlərin sklerası mavi rəngə çevrilə bilər. Dəmir çatışmazlığı nəticəsində bədən xroniki hipoksiyaya məruz qaldığından, insan artıq çəki almağa və köklüyə meylli ola bilər. Eyni zamanda arıqlamaq çətinləşir. Saçların keyfiyyəti də pisləşir”, - deyə Teruşkin qeyd edib.
Həkim əlavə edib ki, dəmir çatışmazlığı orqanizmin qidalanmasını, bütün orqan və sistemlərin oksigenlə təchizatını pozur. Buna görə də saçlar həssaslaşa və tökülə bilər. Proses dəmir mikroelementlərinin səviyyəsinin bərpa edilməsindən sonra dayanır. Həkim yekunda bildirib ki, bu hal uzun müddət davam edərsə, bədəndə dəmir çatışmazlığı anemiyası inkişaf edə bilər.
Sonda dəmirlə zəngin olan bəzi qidaları nəzərinizə çatdırırıq:
1. Qabıqlı dəniz məhsulları
2. İspanaq
3. Qaraciyər və digər daxili orqan ətləri
4. Paxlalılar
5. Qırmızı ət
6. Balqabaq toxumu
8. Hindi əti
9. Brokoli
10. Tünd şokolad
11. Balıq
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)