Sağlamlıq
Xoruldamaq nəyə işarədi? - YUXUDA OLAN TƏHLÜKƏ
Yuxuda xoruldayan insanların təhlükəli xəstəliyə tutulma riski daha yüksəkdir.
Publika.az xəbər verir ki, bu barədə çinli alimlər “BMJ Open”də dərc olunmuş məqalədə bildiriblər.
Pekindən olan bir qrupun rəhbərlik etdiyi tədqiqatçılar, zəif yuxudan əziyyət çəkən insanların sonrakı həyatlarında görmə zəifliyinin digərlərinə nisbətdə daha çox olduğunu müəyyən ediblər. Pis yuxu dedikdə, xoruldama, yuxusuzluq, gecələr normadan az və ya çox yatmağı nəzərdə tuturlar.
Bütün bu həyəcanverici şərtlər gecikmiş təsirə malikdir - qlaukoma inkişafı üçün ciddi riskdir.
Qlaukoma sürətlə irəliləməsi ilə xarakterizə olunan və geri dönməz görmə zəifliyinə səbəb olan ən ağır göz xəstəliklərindən biridir. Bu vəziyyət gözü beyinlə birləşdirən optik siniri zədələyir. Müalicə edilməzsə, görmə itkisinə səbəb ola bilər.
Mütəxəssislər Böyük Britaniyanın Biobank tədqiqatında iştirak edən 400 000 insanın məlumatlarını öyrəniblər. Araşdırma 40-69 yaş arası insanlara yönəlib. Daha sonra bu iştirakçılar 2021-ci ilin martında qlaukomanın inkişaf edib-etmədiklərini öyrənmək üçün yenidən müayinə olundular. İnsanların yuxusu haqqında da məlumat toplayıblar. Nəticədə 11 il ərzində 8690 qlaukoma halı aşkar edilib.
Tədqiqatçılar sağlam yuxu rejiminə malik olanlarla müqayisədə xoruldama və gündüz yuxululuğun qlaukoma inkişaf riskini 11% artırdığını aşkar ediblər. Yeri gəlmişkən, yuxusuzluq, qısa və ya uzun yuxular 13% artan risklə əlaqələndirildi.
Bu elmi məqalə, yuxuya getməkdə çətinlik çəkənlərin ölümcül insult, ürək çatışmazlığı və arterial xəstəliklərə səbəb olan yüksək qan təzyiqi riskinin artıra biləcəyini göstərən digər tədqiqatlardan sonra təqdim olunur.
“LloydsPharmacy”nin mütəxəssisləri müəyyən ediblər ki, britaniyalıların təxminən yarısı həftədə ən azı üç gecə yatmaqda çətinlik çəkir.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


