Sağlamlıq
Qanınızı qatılaşdıran 5 ən təhlükəli qida
Qanda qatılığın artması damarlarda tromboz yaranması riski ilə nəticələnə bilər. Ən pisi odur ki, çox vaxt özümüz vəziyyəti daha da ağırlaşdırır və təhlükəli xəstəliklər riskini artırırıq. Necə? Qanda qatılığı artıran məhsulları yeməklə. Bəs hansı məhsullar qanın laxtalanmasına gətirib çıxarır?
Publika.az xəbər verir ki, toksikoloq və professor Mixail Kutuşov "Telegram" kanalında tromboza səbəb olan ən təhlükəli 5 qidanın siyahısını tərtib edib. Həkim bildirib ki, bu məhsulları rasiondan uzaqlaşdırmaq və ya mümkün qədər azaltmaq lazımdır.
Qanı qatılaşdıran 5 təhlükəli qida:
Şəkər;
Hisə verilmiş məhsullar;
Konservləşdirilmiş qida;
Kartof;
Banan.
Xüsusi testlər olmadan da tromboza meylli olduğunuzu müəyyənləşdirə bilərsiniz. Barmaqlarımız problemin olması barədə xəbər verə bilir. Məsələn, vannada bir saat yuyunduqdan sonra, üzərindəki dəri çox qırışmış görünürsə, çox güman ki, qanınız qatıdır. Bu, qanın damarlardan çətinliklə keçdiyini, onun kifayət qədər qida və oksigen tədarükü olmadığını göstərir. Mexanizm sadədir: dəri tonu zəifləyir, buna görə də qaçılmaz olaraq büzüşməyə başlayır.
Damarlarda qanın laxtalanması infarkt və ya insult riskinin artmasına səbəb olur. Problemi sadəcə həkim tərəfindən seçilmiş dərmanlarla deyil, digər vasitələrə də aradan qaldırmaq mümkündür. Məsələn, siqareti tamamilə atmalı, həmçinin qəhvə və spirt, xüsusən də pivə qəbulunu azaltmalısınız.
Qara və ya qırmızı üzüm güclü antioksidantların tərkibi sayəsində bədən üçün çox faydalı olacaq. Ancaq bu vəziyyətdə çoxlarının sevdiyi yaşıl üzümlər tamamilə faydasızdır: qırmızıdan təxminən on qat daha az faydalı komponentləri ehtiva edir.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


