Sağlamlıq
Ehtirasla öpüşün! - Diş həkimindən ÇAĞIRIŞ
Diş həkimi Alan Karr deyir ki, ehtiraslı öpüşlər dişləri və diş ətlərini daha sağlam saxlamağa kömək edir.
Publika.az xəbər verir ki, o, “The Sun”a verdiyi müsahibədə daha çox öpüşməyə çağırıb.
“Öpüşmək, xüsusən də ehtiraslı öpüşlər tüpürcək əmələ gəlməsinə kömək edir. Ağız, diş və diş ətini sağlam saxlayır”, - deyə həkim bildirib.
O, öpüşmə zamanı insanların bakteriya mübadiləsi apardığını söyləsə də, lakin bunun heç də həmişə pis olmadığını bildirib.
Bildirilir ki, tüpürcəkdəki bəzi mikroorqanizmlər ağız boşluğuna səbəb olan bakteriyaların və ya diş çürüməsinə səbəb olan bəzi streptokok bakteriyalarının böyüməsini azalda bilər.
Karr əlavə edib ki, öpüşmək həm də immunitet sistemini gücləndirir və sağlam bakteriyalara məruz qalma orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
80 faiz ağızdakı bakteriyalar bütün insanlarda eynidir
Stomatoloq Karr deyir ki, əgər tərəfdaşlardan birinin ağzında və ya dodaqlarında herpes varsa, öpüşün təxirə salınması mütləqdir. Həmçinin, əgər bir şəxs ağız boşluğunun gigiyenasına əməl etmirsə, öpüşmək kontrendikedir, yəni zərərli və qorxuludur.
Xatırladaq ki, bundan əvvəl diş həkimi Olqa Filatova dişlər üçün təmizləyici vasitə kimi soda istifadə etməyi məsləhət görmüşdü, amma Karr sodanın diş minasına zərər verə biləcəyini bildirib.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO