İmmuniteti zəiflədən 4 əsas səbəb
Bizi izləyin

Sağlamlıq

İmmuniteti zəiflədən 4 əsas səbəb

Yuxusuzluq immuniteti zəiflədən dörd amildən biridir. Yuxusuzluq xroniki xəstəliklərin ağırlaşmasına və ya yenidən baş qaldırmasına səbəb ola, eyni zamanda psixi pozğunluqlara yol aça bilər. Gecələr altı saatdan az yatan insanların soyuqdəymə kimi xəstəliklərə tutulma ehtimalı da daha yüksəkdir.

Publika.az xəbər verir ki, bu sözləri KDL tibbi laboratoriyalar federal şəbəkəsinin tibb şöbəsinin müdiri, həkim Olqa Malinovskaya Gazeta.ru-ya müsahibəsində deyib. Həkim bildirib ki, həftə sonları bütün gün yatmaq yox, hər gecə yeddi-doqquz saatlıq gündəlik yuxu rejiminə riayət etmək lazımdır.

Mütəxəssis həmçinin fəstfudun immun sisteminə zərərli təsirləri barədə xəbərdarlıq edib, çünki belə qidaların tərkibində bağırsaq mikrobiomuna mənfi təsir edən duz, trans yağlar, ləzzət artırıcılar və dadlandırıcılar həddən artıq çoxdur. Bağırsaq mikrobiomu immunitetin fəaliyyətində mühüm rol oynayır. Onsuz mikrofloranın balansı pozula bilər.

Daimi stress adrenalin və kortizolun sərbəst buraxılmasına səbəb olduğu üçün immuniteti zəiflədə bilər. Bunlar iltihab üçün xarakterik olan zülallardır. Onların həddindən artıq olması immunitetin boğulmasına təsir göstərir, bu da insanları infeksiyalara daha həssas edir.

"Ağız gigiyenasının pis olması da immunitetin aşağı düşməsinə də səbəb ola bilər. Əgər siz dişlərinizi iki dəfə deyil, gündə bir dəfə fırçalasanız, hətta fırçalamağa laqeyd yanaşsanız, diş əti iltihabı kimi diş əti xəstəliklərinin yaranma ehtimalı artacaq. Bədəndə iltihabın nöqtəsi meydana gələcək və immunitetin bütün gücü onun aradan qaldırılmasına yönələcək", - Malinovskaya yekunda vurğulayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm