Sağlamlıq
Payız depressiyasından necə qurtulaq? - Üç mühüm tövsiyə
Bakının qızmar keçən yayından sonra payızın gəlişi çoxlarını sevindirsə də, depressiyaya düşənlər də az deyil. Bu vəziyyətdən çıxmaq üçün mütəxəssislər daha aktiv olmağı tövsiyə edir.
Publika.az xəbər verir ki, psixoterapevt Yevgeni Fomin bu barədə "Вечерняя Москва"ya müsahibəsində danışıb.
"Birincisi, müvəqqəti olaraq yaşayış yerinizi dəyişdirə və isti bölgələrə gedə bilərsiniz, xüsusən də onlayn işləyirsinizsə. Ancaq bunun bir dezavantajı var - yüksək xərc. Hər kəs stresini səyahətlə müalicə edə bilmir.
İkincisi, idmanla məşğul olmalısınız. Əmin olun ki, istənilən nəticəni əldə etdikdən sonra güzgüdəki gözəl əksiniz sizi sevindirəcək. Fiziki məşqdən alınan həzz bədənin ümumi tonunu canlandıracaq və yaxşılaşdıracaq. Ancaq özünüzü idman zalına getməyə məcbur etməyin, əks halda xoş emosiyalar ala bilməyəcəksiniz.
Üçüncüsü, yalnız gözəl insanlarla ünsiyyət qurun. "Toksik" insanları ətrafınızdan uzaqlaşdırın, onlar yalnız ruhi vəziyyətinizi sarsıdacaq. Sizin üçün əziz olan və fikirləri sizin üçün xüsusilə dəyərli olanların əhatəsində olun", - Fomin yekunda bildirib.
Aytən Məftun
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi
-
Region14:00
Aİ-nin Ermənistandakı missiyası ABŞ nümayəndələri ilə görüşdü: Bu məlumatları ötürdülər
-
Sosial12:49
DYP sürücülərə çağırış etdi
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...