Mövsümi infeksiyaya tutulmamağınıza kömək edəcək sadə QAYDALAR
Bizi izləyin

Sağlamlıq

Mövsümi infeksiyaya tutulmamağınıza kömək edəcək sadə QAYDALAR

Hər il payızın gəlişi ilə soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklərin əhali arasında geniş yayılması ilə qarşılaşırıq.

Publika.az xəbər verir ki, özümüzü onlardan necə qorumağımız barədə Rusiyalı həkim kardioloq, terapevt, tibb elmləri namizədi Olqa Kozlova danışıb.

O, ilk növbədə həmişə havaya uyğun geyinməli olduğumuzu vurğulayıb.

“Əgər özünüzü pis hiss etməyə, özünüzdə zəiflik və öskürək hiss etməyə başlayırsınızsa, bu, infeksiyanın mövcud olduğunu göstərir. Soyuq hava vəziyyəti daha da ağırlaşdıran əlavə bir amildir. Ona görə də həmişə hava şəraitinə uyğun geyinmək vacibdir”, - deyə mütəxəssis açıqlayıb.

Virusların yayılmasına təkan verən ikinci amil həddindən artıq sıxlıqdır. Belə ki, uşaqlar məktəbə, böyüklər isə işə gedirlər. Bu yerlərdə infeksiya daşıyıcıları ola bilər. O, epidemiyaların məhz belə yarandığını qeyd edib.

Üstəlik, özünüzü viruslardan 100% qoruya bilməzsiniz, çünki bunun üçün tam təcrid tələb olunur. Bununla belə, bir sıra profilaktik qaydalar var ki, onlara riayət etmək infeksiya riskini azaldacaq. Həkim qeyd edib ki, ilk növbədə, şəxsi gigiyenaya riayət etmək lazımdır: evə qayıtdıqdan dərhal sonra əllərinizi sabunla yaxşıca yuyun və yeməzdən əvvəl tərəvəz və meyvələri təmiz su ilə yaxalayın.

“Olduğunuz otağı mütəmadi olaraq havalandırın ki, zərərli mikroorqanizmlər ətrafınızda yığılmasın. Mümkün qədər tez-tez döşəməni silin, xüsusi vasitələrdən istifadə etməyiniz mütləq deyil. Səthlərin üzərində tozun yığılmasına diqqət edin, çünki təhlükəli orqanizmlər məhz burada yaşayır”, - deyə O.Kozlova əlavə edib.

Bundan əlavə, insanların çox olduğu yerlərdən uzaq durmaq tövsiyə olunur, çünki əksər viruslar hava-damcı yolu ilə ötürülür. Həm də müntəzəm olaraq qripə qarşı peyvənd olunmaq məsləhət görülür. Yeri gəlmişkən, bu xəstəliyin üç əsas növü var - A, B və C, bunlardan ən sabit olanı sonuncusudur. Əgər bir dəfə bu xəstəliyi keçirmisinizsə, ona yenidən yoluxma ehtimalı azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm