İstədiyiniz çəkiyə çatmaq üçün 3 ƏSAS QAYDA
Bizi izləyin

Sağlamlıq

İstədiyiniz çəkiyə çatmaq üçün 3 ƏSAS QAYDA

Sağlam arıqlamaq üçün ayda iki-üç kiloqram çəki atmaq normaldır. Bu effektə nail olmaq üçün başlıcası rasionunuzu, həyat tərzinizi və düşüncənizi dəyişməlisiniz.

Publika.az xəbər verir ki, bu barədə diyetoloq və endokrinoloq Anastasiya Tarasko “Подмосковье сегодня” internet nəşrinə danışıb.

"Qidalanmanın dəyişdirilməsinə gəlincə, burada pəhrizdə kifayət qədər lazımi maddələr və vitaminlərin olması nəzərdə tutulur. Tərəvəzlər boşqabın yarısını təşkil etməlidir. Asan həzm olunan zülallara da diqqət yetirməlisiniz - ət, balıq, kəsmik və yumurta. Zülal çatışmazlığı yağ yox, əzələ kütləsinin zəifləməsinə və yumşalmasına səbəb olur. Bundan əlavə, rəfinə olunmamış bitki yağları - doymuş yağlar, həmçinin vitamin və omeqa-3 mənbəyi olan qoz-fındıq kimi çərəzlər sağlam arıqlamaq üçün əvəzolunmazdır", - ekpert vurğulayıb.

Diyetoloq ikinci vacib qayda olaraq strukturlaşdırılmış qidalanmanı göstərib. Onun sözlərinə görə, qidalanma rejiminə əməl etmək lazımdır, gündə iki və ya üç dəfə kifayətdir, lakin bəzilərinə qəlyanaltı lazım ola bilər.

"Əsas odur ki, qənnadı və un məmulatları kimi məhsullar qrupunu minimuma endirək. Bura bütün növ bişmiş məmulatlar, şirniyyatlar, həmçinin spirt, şirin içkilər, fermentləşdirilmiş şirin süd məhsulları, o cümlədən bal və digər dadlandırıcılar daxildir”, - diyetoloq izah edib.

Bundan əlavə, o, daimi fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib. İdmanla həftədə ən azı üç dəfə məşğul olmalısınız: "Və təbii ki, psixoloji amillər də var, əgər insan artıq çəkiyə malikdirsə, bu o deməkdir ki, o, nə vaxtsa öz həqiqi ehtiyaclarını qida ilə əvəz etməyə başlayıb: sevgi, yaxınlıq, karyerasında yüksəliş".

Odur ki, mütəxəssis artıq çəkidən əziyyət çəkən insanlara həyatlarında ilk növbədə nəyə və kimə ehtiyac duyduqlarını, həqiqətən nəyin çatışmadığını və buna necə nail olacağını düşünməyi tövsiyə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm