Çində yayılan "sirli" xəstəliyin səbəbi bəlli oldu
Bizi izləyin

Sağlamlıq

Çində yayılan "sirli" xəstəliyin səbəbi bəlli oldu

Çində tənəffüs xəstəlikləri dalğasına məlum patogenlər səbəb olub.

Publika.az xəbər verir ki, RİA Novosti bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin bəyanatına istinadən məlumat verib.

Qeyd olunub ki, son vaxtlar ölkədə vətəndaşların səhhətinin kəskin şəkildə pisləşməsinə səbəb ola biləcək yeni patogenlər aşkar edilməyib. Söhbət virusların və ya bakteriyaların yaratdığı hər hansı yeni yoluxucu xəstəliklərin olmamasından gedir, Çin səlahiyyətliləri tənəffüs xəstəliklərinin belə geniş yayılmasını ölkədə koronavirus pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, həmçinin qrip, mikoplazma pnevmoniyası və tənəffüs sinsitial virusu da daxil olmaqla məlum patogenlərin dövriyyəsi ilə əlaqələndirib.

Buna baxmayaraq, Mi Fenq ölkədə dolaşan bütün kəskin respirator xəstəliklər üçün müəyyən edilmiş müalicə üsulları olduğu üçün vətəndaşları narahat olmamağa çağırıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) Çin hakimiyyətini insan ağciyərlərinə təsir edən SARS epidemiyası fonunda məhdudlaşdırıcı tədbirləri yenidən tətbiq etməyə çağırıb .

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm