Sağlamlıq
Yeni bir infeksiya yayıldı

Rusiyada Çin və Hollandiyada yayılan mikoplazma infeksiyasının xüsusi halları qeydə alınıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, "Rospotrebnadzor" (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) xəstəliyin ağır formalarının hələ müşahidə olunmadığını açıqlayıb.
Lakin infeksiyaya hazır olmaq üçün həkimlər infeksiyanın əsas əlamətlərini ictimaiyyətə açıqlayıblar. Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) yoluxucu xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski qeyd edib ki, simptomlar özünü müxtəlif yollarla göstərə bilər.
“Mikoplazma infeksiyası tamamilə fərqli şəkildə özünü göstərə bilər. Bəziləri üçün bu, yüngül yuxarı tənəffüs yollarının infeksiyası, bəziləri üçün isə kifayət qədər ağır gedişatlı pnevmoniya ola bilər, hər şey sırf fərdidir", - həkim "RİA Novosti"yə açıqlamasında bildirib.
Voznesenski əlavə edib ki, xəstəliyin əsas əlamətləri qızdırma, burun tıxanması, boğaz ağrısı, intoksikasiya, öskürək və təngənəfəslikdir. Həmçinin laboratoriya testləri olmadan, mikoplazma infeksiyasının mövcudluğunu müəyyən etmək çox çətindir.
Aytən Məftun

-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək
-
İqtisadi gündəm11:15
Azərbaycan nefti bahalaşdı
-
Kriminal10:10
Azər Səricanovun oğlu həbs olundu