İdman etməklə arıqlamaq? - Mənasızdır
Bizi izləyin

Sağlamlıq

İdman etməklə arıqlamaq? - Mənasızdır

Diyeta saxlamaq, kalori saymaq və idmana getməklə arıqlamağa çalışmaq mənasızdır. İdman əla məşğuliyyətdir, çoxsaylı faydaları var. Amma bunu arıqlamağa görə edirsizsə, özünüzü yormayın. Vaxtınızı idman zallarında saatlarla tər tökərərək öldürməyin, daha səmərəli keçirin. "Aldığımız kalori verdiyimiz kaloridən az olarsa, arıqlayırıq, əksinə olarsa kökəlirik" fikrində həqiqət payı var, sadə riyaziyyata bənzəyə bilər. Amma bu o qədər bəsit deyil.

Publika.az xəbər verir ki, bu sözləri anestezioloq və reanimatoloq həkim Şahin Məmmədov deyib. O, bildirib ki, kalori defisiti ilə arıqlamaq olar, amma bu, qısamüddətli olacaq.

"Daim düşünərək nəfəs alıb, düşünərək nəfəs vermək mümkündü? Eləcə də, daim kalori almaq və kalori vermək barədə düşünmək lazım deyil. Bunlar spontan olaraq öz-özünə baş verməlidir. Nəfəsi az alıb, çox verə bilərsiniz. Amma bunu qısa müddət təkrar edərsiniz. Bir neçə saniyədən sonra dərindən nəfəs almağa məcbur olacaqsız. Eləcə də, az kalori alıb, çox xərcləməyə çalışsanız bunu qısa müddət bacararsız. Təmiz havanı ciyərlərinizə alın, özünüzü nəyəsə məcbur etməyin, həyatdan zövq alın", - həkim qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm