Arıqlama dərmanlarının bilmədiyiniz zərərləri
Bizi izləyin

Sağlamlıq

Arıqlama dərmanlarının bilmədiyiniz zərərləri

İmmunoloq, beynəlxalq sağlamlıq və dərman vasitələri üzrə ekspert Nikolay Kryuçkov arıqlama dərmanlarının zərərlərindən danışıb.

Publika.az xəbər verir ki, həkim “Radio Komsomolskaya Pravda”ya müsahibəsində iştahı azaltmaqla yanaşı, arıqlamağa kömək edən dərmanların effektiv olmadığını bildirib.

"Dərman istehsalçıları insanları inandırır ki, sadəcə həb qəbul etməklə arıqlamaq mümkündür. Və dərmanların insanları idmandan imtina etməyə məcbur edəcəyini də iddia edirlər. Bu dərmanlar zərərsiz deyil. Xüsusilə ürəkbulanma, qusma və ishala səbəb olurlar. Əsas problem onunla bağlıdır ki, insan dərman qəbul etməyi dayandırdıqda bütün risklər, yəni çəki də daxil olmaqla, kifayət qədər tez geri qayıdır”, - Kryuçkov xəbərdarlıq edib.

O, həmçinin vurğulayıb ki, insanlar bu dərmanı uzun müddət istifadə edə bilmirlər, çünki qiyməti çox yüksəkdir, hər kəs onu ala bilməz.

“Artıq çəki həyat tərzində dəyişiklik tələb edir. Bütün tədqiqatlar göstərir ki, arıqlamaq kompleks yanaşma tələb edir", - immunoloq yekunda qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm