İmmunoloqdan növbəti pandemiya proqnozu: çox ölümcül və yüksək...
Bizi izləyin

Sağlamlıq

İmmunoloqdan növbəti pandemiya proqnozu: çox ölümcül və yüksək...

İmmunoloq Nikolay Kryuçkov hesab edir ki, məhz quş qripi yeni pandemiyaya səbəb ola bilər.

Publik.az Lenta.ru-ya istinadən xəbər verir ki, nütəxəssisin sözlərinə görə, adi halda quş qripi insandan insana keçmir, amma nüanslar var.

"Dövri olaraq növlərarası maneə pozulur, insandan insana yoluxmanın aktivləşməsi zaman məsələsidir", - immunoloq bildirib.

Ekspert hesab edir ki, son illərdə növlərarası maneələrin qırılma nöqtələri daha tez-tez baş verir. Beləliklə, infeksiyaların təkamül keçirdiyi qənaətinə gələ bilərik.

Onun sözlərinə görə, “yeni serotiplər bizə tanış olanlarla müqayisədə çox ölümcül və yüksək patogendir” və quş qripi koronavirusla müqayisədə daha çox yayıla bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm