Stress qalxanabənzər vəzdə hansı problemlərə yol açır?
Bizi izləyin

Sağlamlıq

Stress qalxanabənzər vəzdə hansı problemlərə yol açır?

Xroniki stress endokrin sistemin işində ciddi pozuntularla müşayiət oluna bilər, buna görə də xəstəliyi vaxtında müəyyən etmək və müalicəyə başlamaq vacibdir.

Publika.az xəbər verir ki, bu sözləri "Aif.ru"ya endokrinoloq Yelena Qubkina bildirib.

Onun sözlərinə görə, yorğunluq, pis yuxu, baş ağrısı, piylənmə, kəskin respirator virus infeksiyaları, əsəbilik və depressiya kimi bir sıra simptomlar müşahidə olunursa, diqqətli olmaq lazımdır. Həkim izah edib ki, stress birbaşa endokrin sistemə təsir edir, çünki orqanizmdə adrenalin və kortizolun səviyyəsi yüksəlir və bu, son nəticədə infarkt və ya insultla nəticələnə bilər.

Qubkina əlavə edib ki, depressiya dərinləşərsə, insan həyatın mənasını itirə və özünü fiziki zəiflik astanasında tapa bilər ki, bu da psixi problemlərə gətirib çıxaracaq. Həkim ciddi nəticələrdən qaçmaq üçün endokrin sistemini daha tez-tez yoxlamağı və aktiv həyat tərzi keçirməyi tövsiyə edib.

Onun sözlərinə görə, rasionda tərəvəz, meyvə və zülallar da daxil olmaqla düzgün qidalanmanı da unutmaq olmaz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm