Sağlamlıq
"Səhər yeməyi çox faydalıdır" fikirlərini alt-üst etdi - VİDEO
Səhər yeməyi günün ən sağlam yeməyi deyil!
Publika.az xəbər verir ki, bu sözləri türkiyəli diyetoloq Pınar Demirkaya Ceyda Düvəncinin "Bambaşqa söhbətlər" verilişində qonaq olarkən deyib. Mütəxəssis hesab edir ki, insan aclıq hiss etdiyi vaxtda və həqiqətən ehtiyacı varsa, yemək yeməlidir.
"Hər kəs səhər yeməyi yemək məcburiyyətində deyil. Ən ideal səhər yeməyi üçün qayda budur. Səhər yeməyi günün ən sağlam yeməyi də deyil. Ailələr bu məsələdə uşaqların üstünə çox gedirlər. Uşaqların bədən dili bizdən daha yaxşı və sağlamdır. Odur ki, onlar səhər yeməyi yeməmək azadlığına sahib olmalıdılar. Biz onlara səhər yeməyini verə-verə təəssüf ki, bədən dillərini kəsməyə başlayırıq. Hekayə buradan başlayır. Səhər yeməyində ən faydalı qida yumurtadır. Yumurta protein qrupudur, proteinlər amin turşularına ayrılırlar və demək olar ki, hamısı 100 faiz sorulur. Uşaqların inkişafı üçün bu amin turşuları çox faydalıdır. Yağda bişmiş və ya qaynadılmış olmasının heç bir fərqi yoxdur".
Badam, yulaf və digər bitkilərdən əldə edilən suların südü əvəz etməsindən danışan Pınar Dəmirkaya bildirib ki, hər kəs özünə uyğun birini seçə bilər:
"Mənə görə, dad olaraq yulafın südü gözəldir. Pendirlərə gəldikdə, təbii mayalanmış pendirlərə üstünlük verməkdə fayda var. Fabriklərdə kimyəvi maddələrlə mayalanmış deyil, daha safını, daha təbii və "məsumunu" tapa biliriksə, nə xoş. Tapa bilməsək də, "pendirsiz olmaz" deyə baxmamalıyıq. Əslində pendir hər gün yeyilməməlidir. Yumurta dəmirlə zəngindir, protein tərkibi yüksəkdir, pendirdə də bir az protein var, amma turş kalsium ehtivar edir. Yumurtadakı dəmir kalsiumla bir araya gələndə heç olur. Yumurta öz faydasını verə bilmir, pendir də həmçinin".
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
















.jpg)























