Sağlamlıq
İnsan beyninin yeni modeli yaradıldı
ABŞ-ın Salk Bioloji Tədqiqatlar İnstitutunun alimləri insan beyninin çoxlu sayda funksional astrositlərdən - sinir toxumasının dəstəkləyici hüceyrələrindən ibarət innovativ modelini yaradıblar.
Publika.az xəbər verir ki, bu, Alzheymer xəstəliyi kimi, nevroloji xəstəliklərdə iltihab prosesinin daha dərindən öyrənilməsinə imkan verəcək. Araşdırmanın nəticələri "Nature Biotechnology" jurnalında dərc olunub.
İnsan beyni xüsusi siqnallar göndərən və qəbul edən neyronların kompleks şəbəkəsidir. Lakin neyronlar əsas hüceyrələr kimi bu prosesin yalnız bir hissəsidir. Sinir hüceyrələrindən başqa beyində glia adlanan təxminən 85 milyard qlial hüceyrəsi var. Qlial hüceyrələrin ən çox yayılmış növü astrositlərdir. Onlar neyronların sağlamlığını və fəaliyyətini qorumaq üçün vacibdir.
Laboratoriyada yaradılmış yeni orqanoid beyin modelinə yetkin, funksional astrositlər daxildir. Onlar dəstəkləyici funksiyanı yerinə yetirir, neyronlar arasındakı boşluqları doldurur və qan-beyin baryerini (qan dövranı sistemi ilə mərkəzi sinir sistemi arasında fizioloji maneə) əmələ gətirir, beyni infeksiyalardan və yad maddələrdən qoruyur.
Tədqiqatçılar izah ediblər ki, innovativ model Alzheymer xəstəliyi kimi nevroloji xəstəliklər zamanı beyində iltihab prosesini və oksidləşdirici stressi daha ətraflı öyrənmək üçün istifadə edilə bilər. Alimlər artıq onu da müəyyən ediblər ki, astrositlərin xüsusi bir alt növü hüceyrələrdə metabolik və enerji stressinin vasitəçiliyi ilə əlaqəli iltihab əleyhinə yollarda iştirak edir.
Aytən Məftun
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi






















.jpg)



.webp)










