Sağlamlıq
Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
"Kefir uzun müddətdir ki, mədə-bağırsağın sağlamlığı və normal funksiyasına dəstək üçün vacib məhsul kimi şöhrət qazanıb. Lakin, bu ağartı məhsulu hər kəs üçün uyğun deyil və bəzi hallarda insanlarda narahatlıq da yarada bilər".
Publika.az xəbər verir ki, bu fikirləri məşhur rusiyalı həkim, diyetoloq İrina Nikulina yerli mediaya verdiyi müsahibədə səsləndirib.
Mütəxəssisin sözlərinə görə, fermentləşdirilmiş süd məhsullarında bəzi maddələrə rast gəlinir ki, onlar müəyyən şərtlər altında bədənə mənfi təsir göstərə bilirlər.
Məsələn, kadmium. Bu, ətraf mühitdən xammala daxil ola bilən ağır metaldır.
"Uzun müddət ərzində çox qəbul edildikdə, o, bədəndə toplanır və böyrəklərə ciddi zərər verir. Lakin bu amil kefirin spesifik xüsusiyyəti deyil, xammalın keyfiyyəti məsələsidir", - Nikulina qeyd edib.
Digər bir komponent isə zülalı olan kazeindir ki, o da həzm zamanı kazomorfin əmələ gətirir. Həkim deyib: "Onlar opioid reseptorları ilə qarşılıqlı təsir göstərə, həzm sisteminə mənfi təsir edə bilərlər. Bu maddələrin iltihabi proseslərdə mümkün rolu hələ də araşdırılır".
Maraqlıdır ki, çoxları kefirin hər kəs üçün uyğun məhsul olduğuna inanır. Lakin bəziləri kefiri içdikdən sonra şişkinlik, qarınta artan gurultu səsləri, qarın ağrısı və ya ishalla rastlaşırlar.
Həkim bunun səbəbini də izah edib: "Səbəb orqanizmin laktoza qarşı dözümsüzlüyü və ya süd zülallarına qarşı reaksiyadır. Fermentasiya süd şəkərinin miqdarını azaldır, buna görə də içki bəzən süddən daha asan tolere edilir. Amma bu da hər kəs üçün uyğun olmur".
Süd məhsulları həmçinin həssas mədəsi olan və ya reflüksə meylli insanlarda narahatlığı da artıra bilər.
Müəllif: Tural
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Avropa13:49Tusk və Kosinyak-Kamışa sui-qəsd xəbərdarlığı: Xüsusi xidmət orqanları hərəkətə keçdi
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
MDB12:30Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
































.jpg)




