Sağlamlıq
Yemiş kökəltmir, yoxsa qarpız?
Qarpız və yemiş yayın ən dadlı və faydalı meyvələridirlər. Ancaq kimi yemişi daha çox sevir, kimi də qarpızı.
Diyetoloqlar isə hər iki meyvənin də faydalı olduğunu, lakin kökəlməmək üçün birinə daha çox üstünlük verməli olduğumuzu deyirlər. Bəs görəsən, kökəltməyən hansıdır, qarpız ya yemiş?
Publika.az qarpızla yemişin oxşar və fərqli xüsusiyyətlərini və pəhriz saxlayanları maraqlandıran sualın cavabını təqdim edir:
Hər iki meyvənin də enerji dəyəri aşağıdır, su nisbəti isə yüksəkdir. İkisi də vitamin və minerallarla zəngindirlər.
Həm yemiş, həm də qarpız yay mövsümündə sağlamlığı qorumaq üçün faydalıdır.
Hər iki meyvə də yüksək miqdarda şəkər ehtiva edirlər. Buna baxmayaraq, karbohidrat səviyyələri olduqca aşağıdır. Bu da o deməkdir ki, ürəyiniz şirniyyat istəyəndə qarpız və ya yemiş yeyərək zərərli karbohidratlardan uzaq dura bilərsiniz. Bu meyvələr gün ərzində çox şirniyyat yeməyinizin qarşısını alacaqlar.
Hər iki meyvə B1 vitamini ehtiva edir və sinir sisteminə təsir edərək insanı sakitləşdirir, stressdən azad olmağa kömək edirlər. Tərkiblərində olan B2 vitamini isə gözün və dərinin sağlamlığı üçün əhəmiyyət kəsb edir.
Bu meyvələr C vitamini ilə də zəngindirlər. C vitamini də göz sağlamlığı və dərinin elastikliyini qoruyub saxlamaq üçün vacibdir. Üstəlik, immunitet sistemini gücləndirir.
Yemişlə qarpızin tərkibində olan B6 vitamini isə maddələr mübadiləsini sürətləndirir.
İndi isə gələk, yazının girişində qeyd etdiyimiz və sizi maraqda saxlayan məsələyə. Bu meyvələrdən biri daha üstündür. Bu üstünlük onun rəngindən və artıq çəkiyə səbəb olmamasından qaynaqlanır.
Söhbət qarpızdan gedir. Qarpıza qırmızı rəng verən “karotenoid” və digər antikansoregen maddələr bədəni toksinlərdən təmizləyir, xərçəngdən qoruyur.
100 qram qarpız 22 kalori ehtiva etdiyi halda, eyni miqdarda olan yemiş 27 kaloridir. Qarpız insanı daha tez doyuzdurur və az yeməyə səbəb olur.
Yay boyu əsl şəfa mənbəyi olan hər iki meyvədən bol-bol yeməyə çalışın.
Ləman Sultan
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək