Sağlamlıq
Saç tökülməsinin qarşısını alan sabun
Dəfnə ağacının yarpaqları ilə yağlarından istehsal edilən dəfnə sabunu saçı bəsləyib qüvvətləndirir.
Mifdə Günəş tanrısı Apollondan qaçan su pərisi Dafnenin dəfnə ağacına çevrilməsi ilə əfsanələşən dəfnə ağacının yarpaqları ilə yağlarından sabun istehsal edilir. Dəfnə sabunu saçı qidalandırıb möhkəmləndirərək saç tökülməsinin qarşısını alır.
Mikroböldürücü xüsusiyyətə malik olan dəfnə sabunu göbələk və ekzema xəstəliklərinə yaxalanma riskini azaldaraq orqanizmi xəstəliklərdən qoruyur. Dərman hazırlanmasında və dəri baxımında da istifadə edilən dəfnə sabunu dəridəki məsamələri açaraq quru dəriyə parlaqlıq və yumşaqlıq verir. Dəfnə sabunu tərkibindəki xlorofil sayəsində quruduqca rəngi bir az da açılır.
Dəfnə sabunu ən çox satılan məhsullar arasında yer alır. Dəfnə sabunu xüsusilə Türkiyədə, Hatayda bitən dəfnə ağacının yarpaqlarından və zeytun yağı ilə birlikdə istehsal olunan bir sabundur. Dəfnə sabunundan saç tökülməsi, yağlanması və qaşınmasının da qarşısını almaq üçün istifadə edilir.
Bitki mənşəli məhsullarda kimyəvi maddə olmadığı üçün saçda kəpək və tökülmə olmur.
Aytən
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı