Evlənəndən 20 il sonra övlad sahibi olmaq istəyənlərin embrionları dondurulur - - VİDEO
Bizi izləyin

Səhiyyə

Evlənəndən 20 il sonra övlad sahibi olmaq istəyənlərin embrionları dondurulur - - VİDEO

Müxtəlif səbəblərə görə hamiləliyi təxirə salan bəzi cütlüklər embrionları saxlamaq qərarına gəlirlər. Hər iki tərəfdən alınan hüceyrələr mayalandırıldıqdan sonra “Tank”larda dondurulur.

Müxtəlif səbəblərə görə hamiləliyi təxirə salan bəzi cütlüklər embrionları saxlamaq qərarına gəlirlər. Hər iki tərəfdən alınan hüceyrələr mayalandırıldıqdan sonra “Tank”larda dondurulur.

“Tank” adı verilən cihazda 3 mindən çox embrion saxlanılır.

Məsələn, 20 yaşda götürülən embrion qadına 55 yaşda da transfer edilə bilər. Embrion cavan hüceyrələrdən alındığından qadın,dünyaya sağlam uşaq gətirir. Hepatit C və xərçəng kimi bəzi xəstəliklərin müalicəsi hüceyrələrin yararlılıq qabiliyyətini aşağı saldığından belə insanların da embrionları burada dondurulur.

Burada bir cütlüyün bir neçə embrionu saxlanılır. Çünki onlar üzərindən zaman keçdikdən sonra növbəti uşağı dünyaya gətirmək istəyirlər. Bioloji yaşları eyni olsa da, uşaqlar 8-9 il sonra dünyaya gəlirlər. Embrionlar -198 dərəcədə dondurulur. 200 manata yaxın ödəniş etməklə embrionlar “tank”larda 20 il müddətinədək saxlanıla bilir. Gec ailə həyatı quran qadınların isə yumurta hüceyrələri dondurulur.

O ki qaldı bütün bu prosesin sənədləşdirilməsinə, xəstəxana, müraciət edən cütlüklərə xüsusi qaydada kodlaşdırılmış rəsmi sənəd təqdim edir. Bu kodlaşdırma embrionların gələcəkdə qarışıq düşməsinin qarşısını alır və bu məlumatlar yalnız cütlüklərin özlərinə verilir. Bütün bunlar mövcud qanunlara uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki,hər ay 4-5 cütlük 5-10 ildir dondurulmuş embrionlarından istifadə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm