Səhiyyə Nazirliyi tərəfindən "İmmunlaşdırma həftəsi" keçirilir
Bizi izləyin

Səhiyyə

Səhiyyə Nazirliyi tərəfindən "İmmunlaşdırma həftəsi" keçirilir

2017-ci ilin aprel ayının 24-dən 30-a qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İmmunlaşdırma həftəsi keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, immunlaşdırma həftəsi ərzində 6 aylıq uşaqların İnaktivləşdirilmiş poliomielit vaksini ilə peyvənd olunması həyata keçirilib.

2017-cu ilin ilk 6 ayı ərzində müşahidə olunan vərəm xəstəliklərin 2016-cı ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalıb.

İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339, difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946, difteriya-tetanus əleyhinə vaksini ilə 1715, İnaktivləşdirilmiş poliomielit vaksini ilə 1074, qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807, hepatit əleyhinə vaksinlə 326, pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunmuşdur.

İlk 6 ay ərzində yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması - 98,5%, poliomielit əleyhinə OPV vaksini ilə -96,6%, vərəm əleyhinə BCG vaksini ilə -96,3% uşaq profilaktik peynəndlərlə təmin edilib. Digər yaş qruplarına aid uşaqların profilaktik peyvəndlərlə təmin olunması təqvimə uyğun şəkildə davam etdirir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm