• USD 1,7000 0,00% EUR 1,9343 -0,03%
    • GBP 2,1630 +0,05% RUB 0,0254 +0,39%

İntihar beşiyinə çevrilən xəstəxanalar - Bunun qarşısını necə ALMALI?

  • Səhiyyə
  • 27 Sentyabr 2017 20:45
  • 567 Baxış
İntihar beşiyinə çevrilən xəstəxanalar - Bunun qarşısını necə ALMALI?

Bu gün səhər saatlarında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 22 illik şəkərli diabet xəstəsi, qıcolmadan əziyyət çəkən və görmə qabiliyyətini itirən 50 yaşlı İsmayıllı sakini Cavid Ağayev intihar edib. Onun intihar səbəbi dəqiq bilinməsə də, ağır xəstəlikdən bu üsulu seçdiyi ehtimal edilir.

Bu isə xəstəxanalarda ilk intihar deyil. Qaradağ rayonunda 19 saylı xəstəxanada, 1 saylı şəhər Kliniki Tibbi Mərkəzdə də oxşar hallar qeydə alınıb.

Bütün bunlar xəstəxanaların bu cür intihar hallarına qarşı hansı qabaqlayıcı tədbirlər görməsi məsələsini gündəmə gətirib. Çünki həm xəstəxanada intihar halı həm də digər xəstələrə psixoloji təsir edən məqamdır, həm də xəstəxana müalicə məkanıdır, intihar yox. Üstəlik, bu halın zaman-zaman yaşanması qabaqlayıcı tədbirlərin gücləndirilməsini labüd edir.

Məsələyə münasibət bildirən tibbi ekspert Adil Qeybulla Publika.az-a açıqlamasında müəyyən qrup xəstələrin daim nəzarətdə olmasının vacibliyini vurğulayıb:

“İnsanların intihara əl atmasının başlıca səbəbi ünsiyyətdən məhrum olmalarıdır. İntihara meyillilik yaşama eşqinin aşağı düşməsi ilə paralel prosesdir. Xüsusən, xəstəxanalar bu məsələdə daha diqqətli olmalıdır. Hər bir həkim həm də bir psixoloq olmalıdır. Xəstələrə həssas yanaşılmalı, motivasiya verilməlidir. Xüsusən də, cinayət törədə, özünəqəsd edə biləcək, müəyyən psixoloji dəyişiklikləri olan şəxslər daim nəzarət altında olmalıdır. Bu xəstələrlər nevropatoloq, psixiatr konsultasiyası aparılmalı, lazımi dərmanlar verilməlidir. Xəstənin yerləşdirildiyi şöbədə nəzarət həyata keçirilməlidir. Psixi və ya nevroloji vəziyyətlər yaranıbsa, ona uyğun dərmanlar verilməlidir. Hətta mütəxəssis nəzarəti də tövsiyə edilə bilər”.

A.Qeybulla adətən, xəstəliyi ağırlaşmış mərhələdə olan, ağır onkoloji xəstələr çıxış yolu tapmayaraq intihar etmək istədiklərini deyib:

“Bu cür xəstələr də daim nəzarət altında olmalıdır. Onlara qarşı effektiv nəzarət olsa, xəstəxanlarda intihar hallarının baş verməsinin qarşısı alınar. Xarici ölkələrdə bu cür xəstələrin reabilitasiyası, ağrılarının götürülməsi üçün xaricdə xüsusi xəstəxanalar var. Bu məsələyə sistemli yanaşmaq lazımdır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, xəstəxalarda bu halların qarşısını almaq üçün mühafizə xidməti var.

“Bununla yanaşı şöbələrdə də əlavə mühafizə sistemi mövcuddur. Nevroloji xəstələrin stasionar müalicə aldığı xəstəxanalarda isə mühafizə tədbirləri daha da gücləndirilir. Lakin hər bir palata qarşısında bu xidməti qurmağımız mümkün deyil”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>