Səhiyyə
YENİLİK: Həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görəcək - FOTO/VİDEO
Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə insanları ən çox heyrətləndirən yeniliklər məhz səhiyyə sistemindən gəlir. Artıq həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görə biləcək.
Publika.az xəbər verir ki, Kanadanın Alberta Universitetindən olan kompüter elmləri üzrə aspirant İen Uotts və şagirdi Mixail Fiestin birgə layihəsi əsasında xəstələrin dərisinin altında yerləşən daxili orqanlarını görməyə imkan verən texnologiya hazırlanıb. Belə ki, “ProjectDR” adlandırılan texnologiya hələ ki, tam hazır hesab edilmir. Hazırda təcrübə mərhələsindədir.
Sözügedən texnologiya pasiyentin KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) nəticələrinin üçölçülü təsvirlərini dəriyə elə proyeksiya edir ki, onlar insan bədəninin formasına yerləşir. “ProjectDR” sistemi infraqırmızı kameralar və pasiyentin bədəninin müəyyən hissələrində yerləşdirilmiş markörlər sayəsində çalışır. Kameralar bu markörlərin yerləşdiyi hissələri izləyir və insan orqanizmi haqqında sistemə informasiya verir.
Layihə rəhbərlərinin dediyinə görə, daha da təkmilləşdirildikdən sonra bu sistemi bir çox sahələrdə işlətmək mümkündür:
"Bu sistem texnologiyanın bir çox sahələrində - fizioterapiya, laparoskopik cərrahiyyə və s. tətbiq edilə bilər. Hazırda sınaqlar aparılır. Ümid edirik ki, qısa zaman ərzində sistemi tam hazır vəziyyətə gətirəcəyik".
Könül Cəfərli
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı














.webp)


















.jpg)

