Səhiyyə
Süd vəzisi xərçəngi bu İKİ SƏBƏBDƏN YARANIR: 200 min qadın... – ŞOK TƏDQİQAT
Alimlər süd vəzisi xərçənginin inkişafının əsas səbəblərini açıqlayıblar.
Publika.az xəbər verir ki, “International Journal of Cancer” nəşrində dərc edilmiş tədqiqata əsasən, bu qorxulu şişin inkişafında piylənmə və alkoqoldan sui-istifadə böyük rol oynayır.
Avstraliya alimləri 6 tədqiqatın nəticələrini təhlil ediblər. Toplam olaraq, 200 mindən çox qadının cəlb edildiyi tədqiqatlar nəticəsində aydınlaşıb ki, alkoqolizm və artıq çəki süd vəzisi xərçənginin əsas səbəbləridir.
Alimlərin hesablamalarına görə, ən yaxın 10 il ərzində məhz piylənməyə qarşı mübarizə süd vəzisi xərçənginin qarşısının alınmasında ən böyük paya sahib olacaq. Bu “reytinqdə” alkoqoldan sui-istifadə ikinci yeri tutur.
Qeyd edək ki, süd vəzisi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Həmçinin, ağciyər xərçəngindən sonra, dünyada ən çox qeydə alınan xərçəng növüdür. Statistikaya görə, hər 8 qadından biri həyatının müəyyən dövründə döş xərçəngi xəstəliyinə tutulur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR