Səhiyyə
Bu xəstələrin müalicəsi üçün dövlət qurumlarına müraciət ediləcək
Yaxın gələcəkdə hemofiliyalı xəstələrin müalicəsinin Naftalan nefti ilə aparılması üçün müvafiq dövlət strukturlarına və Səhiyyə Nazirliyinə müraciətlər ediləcək.
Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.
Onun sözlərinə görə, hemofiliyalı xəstələrin çoxu oynaqlarda baş verən qansızmalar nəticəsində ağırlaşmalar ilə (artrit, artrozlar) üzləşirlər. Buna görə də Naftalan vannaları oynaqların bərpasında faydalı ola bilər.
G.Hüseynova hesab edir ki, bu müalicənin həkim nəzarəti altında aparılması və qanı laxtalandıran faktor konsentratından istifadə ilə tətbiqi xəstənin vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərə bilər:
"Sovet dövründə SSRİ-nin hər yerindən olan xəstələr əzələ-dayaq sistemi xəstəlikləri, nevroloji, dəri, ginekoloji və uroloji xəstəliklərlini müalicə etdirmək üçün Naftalana gəlirdilər. O zaman Naftalan vannalarından istifadə edən xəstələrin sayı ildə 70 - 90 min nəfərə yaxın olurdu. Bakı Elmi Tədqiqat Kurortologiya İnstitutunda Naftalanın bioloji təsirini öyrənmək üçün eksperimental laboratoriya təşkil edilmişdi və onun xəstəliklərin müalicəsinə müsbət təsir göstərməsi elmi cəhətdən sübut olunmuşdu".
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





