Azərbaycanda koronavirusla bağlı İşçi Qrupu yaradıldı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusla bağlı İşçi Qrupu yaradıldı

“Azərbaycanda koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb”.

Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib. O deyib ki, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir: “Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”.

Xatırladaq ki, İşçi qrupun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm