Səhiyyə
Rəşad Mahmudov: "Gələcəyimiz üçün bunu edin" - VİDEO
Hökumətin məcburiyyəti olmadan insanlar koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar.
Bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində tanınmış ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.
Həkim evdə qalmağın niyə vacib olduğunu açıqlayaraq bildirib ki, insanların bəzi həqiqətləri bilmələri lazımdır: "Şükürlər olsun ki, İran istisna olmaqla, hələlik Azərbaycana qonşu ölkələrdə koronavirus kütləvi yayılmayıb. Amma vətəndaşlarımız əmin olsunlar ki, bundan heç kəs sığortalanmayıb. Bu gün asimptomatik dediyimiz, heç bir şikayət etmədən, amma bədənində minlərlə virusu daşıyan insan ola bilər ki, onlar ilk günlərdə təhlükə yaratmayacaqlar. Mən davamlı şəkildə "Seattle" Universitetinin Xəstəlikləri Modelləşdirmə İnistitutunun tədqiqatlarını izləyirəm. Nəticə belədir ki, xəstəliyi olmayan, amma bu virusu üzərində daşıyan 100 nəfərin 75 faizi evdə oturmaqla yoluxma sayını azalda bilir. Əksinə, həmin 100 nəfər evdə oturmasa, 2 həftə ərzində 25 min insanın infeksiyaya yoluxmasına, 25 mindən 500 nəfərinin həyatının itirilməsinə, 1500-2000 nəfərin də reanimasiyaya düşməsinə səbəb ola bilər. Bu, 100 nəfərin 2 həftə ərzində yaradacağı mənfi vəziyyətdir. İnsanlar düşünməsin ki, cavandır, gəncdir, immun sistemi yüksəkdir, virusu yüngül şəkildə keçirəcək. Elə deyil. Bu sonda hamımıza ziyan edəcək, ölkənin səhiyyəsinə mənfi təsir edəcək, digər xəstəlikdən əziyyət çəkənlərin müalicəsinin aparılmasına əngəl yaradacaq. Koronavirus xəstələri sayəsində həkimlərimiz xəstələnərək normal əməliyyatları uzun müddət apara bilməyəcəklər. Bunlar əhali olaraq həssaslıq göstərməli olduğumuz məqamlardır. Bunu pessimist düşüncə kimi qəbul etməsinlər. Riyazi hesablamalara görə, həmin 100 virus daşıyıcısı evdə oturduqda, 2 həftə sonra xəstələnənlərin sayı 500-ə düşür, həyatını itirənlərin sayı isə 4-ə düşür. 100 nəfərin evdə qalması ilə yaranan fərqi görürsünüzmü?! Bunları nəzərə alaraq insanlara çağırış edirəm ki, evdə qalsınlar. Hər birimizin gələcəyi üçün, dünyamız üçün qaydalara riayət etmək lazımdır".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu