Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ: Vəziyyət... - (YENİLƏNDİ)
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ: Vəziyyət... - (YENİLƏNDİ)

Bu gün 56 yoluxma faktı qeydə alınıb. 53 nəfər müalicə olunub, sağalaraq evə buraxılıb.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ qərərgahın brifinqində deyib: "Artıq vəziyyət yaxşılığa doğru gedir. Bu gün 836 aktiv koronavirus xəstəsi xüsusi karantin xəstəxanalarında müalicə olunur. Karantin rejiminin tətbiqi müsbət nəticələr verir. 2 həftə ərzində nəticələr dəyişib".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, bu gün 3661 test tətbiq olunub. Bu günədək 1256 nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb: "Xəstələrdən 17 nəfəri reanimasiyadadır. Onlardan 6 nəfəri süni nəfəs aparatına qoşulub. Kişilərdə qadınlarla müqayisədə yoluxma üstünlük təşkil edir. Aprelin 5-dən etibarən yoluxma hallarında azalma müşahidə edilir. Əgər bu cür davam edəcəksə, növbəti karantin müddətində ümidverici nəticələr gözləyirik. Sağalma hazırda 25 faizidir. Əhalinin karantin rejiminə əməl etməsi ən mühüm faktordur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm