Maraq dünyası
Gördüyümüz yuxuları niyə xatırlamırıq? - Alimlər SİRRİ AÇDI
Yaponiya və ABŞ alimləri beyindəki bir qrup hüceyrənin yuxuların qorunmasının qarşısını aldığını aşkar ediblər.
Publika.az “Science” jurnalına istinadla xəbər verir ki, Yaponiyadakı Nagoya universiteti və ABŞ-ın Milli Nevroloji probemlər və İflic institutu (NINDS) mütəxəssisləri beyindəki bir qrup hüceyrənin görülən yuxuların qorunmasına mane olduğunu müəyyənləşdirib.
Siçanlar ilə üzərində aparılan testlər zamanı alimlər bir çox hormonun və qeyri-iradi funksiyaların nəzarət mərkəzi olan və melanin cəmləşdirən hormon (MHC) buraxan hüceyrələri ehtiva edən hipotalamusun öyrənilməsinə diqqət yetiriblər.
Məlumata görə, MCH iştaha cavabdehdir və yuxu mərhələlərinin tənzimlənməsində yer alır.
Bir qrup siçanında aparılan tədiqatda sürətli yuxu zamanı MCH hüceyrələri işə salınıb, buna görə heyvanlar əvvəllər öyrəndiklərini tanımaqda çətinlik çəkməyə başlayıblar.
Üzərlərində MCH hüceyrələri olmayan siçanlar yaddaş testlərində daha yaxşı nəticələr göstəriblər.
Elm adamı Shuntaro İzawa araşdırma ilə əlaqədar verdiyi açıqlamada "Unutmaq passiv bir şey deyil, aktiv bir prosesdi" deyib.
Tədqiqatın digər mütəxəssisi, professor Tomas S. Kilduff yuxuların MCH hüceyrələri aktiv olduqda sürətli yuxu mərhələsində görüldüyünü ifadə edib.
Kilduff “Bu hüceyrələr qrupunun aktiv fəaliyyəti yuxuların qorunmasına mane olur və buna görə gördüyümüz yuxuları unuduruq” deyə bildirib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu