Səhiyyə
Baş infeksionist: “Yumşalma yalnız bu halda ola bilər” - VİDEO
Video əlavə olunub.
xxx
“Operativ Qərargah çox ciddi iş apardı, çimərliklər açıldı və insanların rahat istifadəsi üçün şərait yarandı. İndi açıq havada insanların istirahət etməsi üçün tam təhlükəsiz şərait təmin edilib”.
Bu fikirləri Publika.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.
O bildirib ki, bundan əvvəlki həftələrdə yoluxmalar yüksək idi və heç cür yumşalmalara gedilə bilməzdi: “İnsanlar artıq günəş şüasını qəbul edə bilərlər. Onlar narahatdırlar, ancaq dəniz mövsümü sentyabr ayının ortalarına qədər davam edəcək. Hələ qarşıda xeyli gün var. Havaların sərin keçməsi düşünmürəm ki, onların açıq havada istirahətinə mane olacaq. İnsanların müəyyən hissəsi bu fikirləri məqsədyönlü şəkildə yayır. Artıq SMS icazəsi tamamilə ləğv olundu. Hər kəs rahat şəkildə, qaydalara əməl etməklə istirahət edə bilər. Həftəsonları ictimai nəqliyyatın işləməməsi də insanların kütləvi şəkildə toplaşmasının qarşısını almağa hesablanıb”.
C.İsayev qeyd edib ki, hazırda vəziyyət tam istədiyimiz kimi deyil və yoluxma sayının xeyli aşağı düşməsinə baxmayaraq, bu, ölkəmiz üçün böyük rəqəmdir: “Düzdür, stabilləşmə, yoluxmaların sayında aşağı düşmə var və gündəlik xəstələnmə sayı artıq 300-dən də aşağıdır. Bu, bizim ölkəmiz üçün kifayət qədər yüksək rəqəmdir. Ona görə də çoxlu sayda yumşalmalara gedilə bilməzdi. Yoluxmalar azaldıqca yeni yumşalmalar da olacaq. Kafe və restoranların, iri ticarət mərkəzlərinin açılması hələ ki, tezdir. Çünki bu yerlərdə insanlar daha çox toplaşırlar və bu tip məkanlarda infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. Ona görə də onların fəaliyyətinin bərpa olunması hələ ki, tezdir”.
Baş infeksionist bəzi iş yerlərinin açılması və yumşalmaların olması üçün insanları məsuliyyətli olmağa çağırıb: “Əslində, biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıtmağımız daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə bir çox qadağalar aradan qalxar”.
Akqabay Mıradov
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ







.jpg)




.jpg)













