Səhiyyə
Azərbaycanda koronavirusa ən çox yoluxma bu ərazidədir
Azərbaycanda koronavirusa yoluxanların 56,2 faizi Bakı şəhərinin payına düşür.
Publika.az xəbər verir ki, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma `15,8 faizə çıxıb. Aran zonası yoluxmaya görə 10,2 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 6,2 faiz yoluxma ilə 4-cü yerdədir. 4,3 faiz yoluxma Lənkəran şəhərinin, 1,2 faizi Şəki-Zaqatala, 1,3 faizi Quba-Xaçmaz, 1,0 faizi Yuxarı Qarabağ bölgəsi, 1,2 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb.
Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Paytaxt üzrə yoluxanların 14,3 faizi Binəqədi, 11,8 faizi Yasamal, 12,2 faizi isə Xətai rayonunun payına düşür. Yoluxma hallarının 11,8 faizi Sabunçu, 9,1 faizi Nəsimi, 8,5 faizi Nərimanov, 8,0 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,1 faizi Nizami, 7, 4 faizi Qaradağ, 5,0 faizi Xəzər, 4,6 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.
Xatırladaq ki, iyulun 6-na qədər Azərbaycanda 20837 nəfər koronavirusa yoluxub. Onlardan 12182 nəfər sağalıb, 258 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 8397 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 522 min 773 nəfər üzərində koronavirus testi keçirilib.
-
İdman00:35Bu tarix bayramlar sırasına daxil edildi - RƏSMİ
-
Dünya16 Yanvar 23:15Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır
-
Sosial16 Yanvar 22:46Müəllimlərə ŞAD XƏBƏR
-
İKT16 Yanvar 20:48“X”in fəaliyyəti bərpa olundu - YENİLƏNDİ
-
Magazin116 Yanvar 19:50Bakıda yaşayan "Kurtlar Vadisi"nin aktyoru yeni görünüşü ilə diqqət çəkdi - FOTO
-
Elm və təhsil16 Yanvar 19:20MİQ-də iştirakın ödənişli olması ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial16 Yanvar 19:10Azərbaycanda bu işçilərin geyim normalarına dəyişiklik edildi - FOTO
-
Sosial16 Yanvar 18:40Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi




































