Səhiyyə
Koronavirusu ən çox bu yaşda olan insanlar yayır - ARAŞDIRMA
Böyük Britaniyada hansı yaş qrupunun koronavirusu daha çox yaydığını öyrənmək üçün araşdırma aparılıb.
“Imperial College London” tərəfindən aparılan tədqiqatın nəticələri “Science” jurnalında yayımlanıb.
2020-ci ilin fevralından oktyabr ayına qədər 10 milyondan çox ABŞ vətəndaşının mobil telefon məlumatları, hara getdikləri və harada olduqları araşdırılıb.
Bundan sonra həmin ərazilərdəki ölüm və yoluxma müqayisəli şəkildə təhlil edilib.
Məlum olub ki, COVID-19-a yoluxmanın demək olar ki, 3/4-nü 20-49 yaş arasındakı insanlar yayır.
Bu şəxslərin COVID-19-u yayma nisbəti 41,1 olub.
Britaniyada aparılan araşdırma ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları ilə uyğunlaşdırılıb.
Bütün 50 ştatda aparılan araşdırmalara görə, koronavirusu 2020-ci ilin mart və avqust ayları arasında ən çox yayan yaş qrupunun 20-29 olduğu müəyyənləşib.
Yoluxanların orta yaşının isə 46-dan 38-ə düşdüyü qeyd edilib.
Bildirilir ki, orta yaş qrupu iş həyatında daha aktiv olduğu və iş fəaliyyətləri səbəbiylə daha çox insanla əlaqə qurduğu üçün virusu daha çox yayır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu