Səhiyyə
Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq
İcbari tibbi xidmətlər zərfində göstərilən xidmətlər yalnız dövlət müəssisələrində deyil, özəl klinikalarda da göstəriləcək.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, bəzi xidmətləri İTSDA tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün deyil:
“Ona görə də əhalinin bu xidmətləri daha rahat şəkildə, ödənişsiz əldə edə bilməsi üçün özəl klinikalarla da müqavilələrimiz var. Bunlar əsasən, aorta koronar şuntlama, anjoplastika, ağır neyrocərrahiyyə əməliyyatları, müştərək travmalar, qapalı ürək əməliyyatları və s. kimi əməliyyatlar bizim müqaviləmiz olan özəl klinikalarda həyata keçiriləcək. Sadəcə olaraq, bu əməliyyatların edilməsi üçün vətəndaş ilkin olaraq, agentliyin tabeliyində olan ərazi üzrə tibb müəssisələrinə müraciət etməlidir”. (trend)
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...




































